BAKI, 15 noyabr — Sputnik. Daha bir ölkədə eynicinsli nikahların qanuni sayılmasına qərar verilib. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, Avstraliyada homoseksuallar arasında nikahların qanuniləşdirilməsi üçün səsvermə keçirilib.
Əhalinin 80%-nin iştirak etdiyi səsvermədə 61,6% homoseksual nikahlara "hə" cavabını verib. Nəticələr elan ediləndən sonra insanlar küçələrə çıxaraq hadisəni qeyd ediblər.
Baş nazir Malkolm Törnbel yeni ilə qədər qanun layihəsinin parlamentdən keçiriləcəyini söyləyib. Nazir qərarı dəstəklədiklərini bildirib.
Qeyd edək ki, səsvermə poçt vasitəsilə 2 ay ərzində keçirilib.