Dünyanın ən gözəl brilyantı satıldı: qiymət dəli edir

© AP Photo / Daniel LEAL-OLIVASDünyanın ən gözəl brilyantı
Dünyanın ən gözəl brilyantı - Sputnik Azərbaycan
Abunə olmaq
Gözəlliyinə görə birinci, böyüklüyünə görə 27-ci sırada olan brilyant 163 karatdır

BAKI, 15 noyabr — Sputnik. İsveçrədəki "Kristina Muzeyi" evində hərrac keçirilib. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, hərrac dünyanın ən gözəl brilyantının satışı üçün təşkil edilib. Gözəlliyinə görə birinci, böyüklüyünə görə 27-ci sırada olan 163 karatlıq brilyant 34 milyon dollara satılıb.

Brilyantın boyunbağı kimi dizayn edilməsinə 1700 saat sərf olunub. Bu işi İsveçrədəki ən tanınmış zərgərlik şirkəti olan "De Grisogono" yerinə yetirib.

Hərracda qalib gələn şəxsin adı isə açıqlanmayıb.

Xəbər lenti
0