CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Dövlət Universitetinin fəaliyyətə başladığı gün

© Sputnik / Murad OrujovБакинский государственный университет, фото из архива
Бакинский государственный университет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib

BAKI, 15 noyabr – Sputnik. Bu gün, Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasından 98 il ötür. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb.

Gərgin müzakirələrdən sonra – 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə  1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.

Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edir.

1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Xəbər lenti
0