Pakistanlı oğlanın başını bayquş kimi 180 dərəcə döndərmək qabiliyyəti ilə sosial şəbəkələri fəth edib. Bu yeniyetmə oğlan öz məharətini kameralar qarşısında göstərib. Bundan sonra onun çəkildiyi çarx sosial şəbəkədə yayılıb.
On dörd yaşlı Məhəmməd Samir Pakistanın Karaçi şəhərindəndir. Sputnik Azərbaycan Daily Pakistan-a istinadla xəbər verir ki, o, əli ilə başını 180 dərəcəlik bucaq aldında döndərə bilir.
Məlum olub ki, bütün bu vaxt ərzində Məhəmməd Hollivudun qorxu filmlərindən birində gördüyü aktyorun hərəkətini təkrar etmək üzərində çalışıb. Samirin sözlərinə görə, o, bunu öyrənmək üçün xeyli məşq etməli olub.
Anası əvvəlcə oğlunun bu qorxunc cəhdlərinə mane olmağa çalışıb. Amma sonra başa düşüb ki, bu, bir Allah vergisidir. Artıq Karaçili oğlan öz vətənindəki məşhurluğun dadını çıxarır.