CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Tiflis-Qars dəmir yolunda qiymətlər necə olacaq?

© Official website of President of Azerbaijan RepublicЦеремония открытия железной дороги Баку-Тбилиси-Карс
Церемония открытия железной дороги Баку-Тбилиси-Карс - Sputnik Azərbaycan
Abunə olmaq
"Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda müvafiq sənədlər imzalanıb

BAKI, 15 noyabr — Sputnik. Bu gün Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağı keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, yığıncaqda bir çox məsələlər, o cümlədən 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi müzakirə edilib.

"Azərbaycan Dəmir Yoları" QSC-nin sədri Cavid Qurbanov çıxışı zamanı ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyini qeyd edib. O, bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyini də vurğulayıb. Sədr qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin prezidenti Kanat Alpısbayev çıxışı zamanı bildirib ki, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası daşınan malların çeşidini artırmağı planlaşdırır. O, bildirib ki, 2018-ci ildə daşınan malların çeşidini artırmaqla yanaşı, ən azı 15 min konteyner göndərilməsi də planlaşdırılır.

"Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda müvafiq sənədlər imzalanıb.

Xəbər lenti
0