BAKI, 15 noyabr — Sputnik. Türkiyədə güclü fırtına baş verib. Sputnik Azərbaycan xəbər verir ki, Antalyadakı güclü fırtına nəticəsində onlarla adam xəsarət alıb.
Güclü külək evlərin damını uçurub, ağacları sındırıb və sahildə olan bir çox binaların divarlarını uçurub. Nəticədə, 38 nəfərdən çox adam xəsarət alıb. 3 nəfərin vəziyyəti ağırdır.
Dolu və güclü yağıntı Antalyanın Finike, Kaş, Dəmrə, Qumluca və Kəmər bölgələrində əkin sahələrinə, istixanalara və avtomobillərə zərər verib. Bölgədə elektrik enerjisinin verilməsi dayandırılıb.