ABŞ-da yenə insanları güllələdilər: ölənlər və yaralılar var

© REUTERS / Brendan McDermidПолиция расследует пикап, используемый в нападении в Манхэттене, Нью-Йорк, США, 1 ноября 2017
Полиция расследует пикап, используемый в нападении в Манхэттене, Нью-Йорк, США, 1 ноября 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxs polis tərəfindən güllələnib

BAKI, 15 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında, Ranço Texama şəhərciyindəki ibtidai sinif məktəbinin yaxınlığında atışma olub.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

"CBS" teleşirkətinin verdiyi məlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 5 nəfər ölüb. Onlardan ən azı 3-nün uşaq olduğu bildirilir.

Hadisə zamanı yaralananların sayı 4 nəfərə çatıb. Onlardan 3-ü uşaqlardır. Lakin yaralıların dəqiq sayı açıqlanmır.

Yerli KİV atışma zamanı çoxsaylı yaralıların olduğunu bildirir. Qeyd olunur ki, məktəbliləri hadisə yerindən vertolyotla daşıyırlar.

Hadisəni törədən şəxs polis tərəfindən güllələnib.  

Qeyd edək ki, ilkin məlumatda hadisənin məktəbdə baş verdiyi bildirilirdi.

Xəbər lenti
0