BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.
Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.