CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha hava xəbərdarlığı

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir

BAKI, 14 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
Vətəndaşlar üçün faydalı məlumat

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0