CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qardaşlar İtaliyada qladiator döyüşlərinə qatılacaqlar

© Photo : Facebook / Azeri BrothersГусейн и Лачин Абдулгусейновы
Гусейн и Лачин Абдулгусейновы - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna, ABŞ və Gürcüstandan sonra azərbaycanlı pəhləvanlar Romanı fəth edəcəklər

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanlı pəhləvanlar — Hüseyn və Laçın Abdulhüseynov qardaşlarını, Gürcüstanın televiziya istedad şousu olan "Georgia's Got Talent"in seçmə mərhələsində uğurlu çıxışlarından sonra İtaliyanın paytaxtı Romaya dəvət ediblər. Hüseyn Abdulhüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, artıq İtaliyadadırlar və onlar üçün şəhərə kiçik ekskursiya təşkil edilib.

"İtaliya o yerdir ki, uzun illər əvvəl orada qladiator döyüşləri keçirilib və həmin arenalar indiyə qədər qalmaqdadır" — deyən pəhləvanın sözlərinə görə, onlar hələlik haqqında heç nəyin açıqlanmadığı və 21-ci əsrin qladiatorlarının necə olmalı olduğunu göstərəcək İtaliya televiziya şousunda iştirak edəcəklər.

Abdulhüseynov qardaşları İtaliyada, hazırda Amerikada yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzovla da tanış olub və görüşüblər. Sirk ustası da, qardaşları Telman və Oqtay Novruzovlarla birlikdə sözügedən layihədə iştirak edəcək.

Qeyd edək ki, Üzeyir Novruzov Gəncədə anadan olub, Rusiyada böyüyüb və sonra yaşamaq üçün ABŞ-a gedib. O, sirkdə əfsanəvi Çarli Çaplin obrazını canlandırır. Buna görə də onları tez-tez bir-biri ilə müqayisə edirlər.

Novruzov Çində 6 metrlik nərdivana dırmaşaraq orada 8 dəqiqə qalmaqla dünya rekorduna imza atıb. Bu nömrəyə görə, onun adı Ginnesin "Rekordlar" kitabına düşüb. Hazırda ailəsi ilə birlikdə Ameriakada yaşayan sirk ustası dəvət edildiyi müxtəlif sirk tamaşalarında və istedad şoularında iştirak edir.

Abdulhüseynov qardaşları isə Qubada anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının yolunu davam etdirirlər. Qardaşlar artıq uzun illərdir ki, bu cür layihələrə qatılırlar.

Əvvəlcə onları Ukraynanın "Україна має талант" şousunda iştiraka dəvət etmişdilər. Onlar bu layihədə ölümcül nömrə ilə çıxış edərək münsiflər heyətinin üzvlərini şoka salmışdılar. Daha sonra onlar "America's Got Talent" teleşousunda münsifləri və tamaşaçıları heyrətə gətirmişdilər.

Abdulhüseynov qardaşları öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar. Hazırda onlar Gürcüstanın "Georgia's Got Talent" televiziya şousunda iştiraklarını davam etdirirlər.

Xəbər lenti
0