BAKI, 14 noyabr — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçidə keçirilən görüş başa çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, iki ölkənin lideri 4 saatdan çox danışıq aparıblar.
Ərdoğan və Putin geniş formatda keçirilən danışıqlardan sonra təkbətək görüş keçiriblər. Prezidentlərin dar çərçivədəki görüşü 2-2,5 saat çəkib.
Görüşdən sonra Ərdoğan və Putin jurnalistlər üçün bəyanatla çıxış ediblər. Tərəflər dialoqun məhsuldar olduğunu, bir çox məsələlərin müzakirə edildiyini bildiriblər.