Son illərin ən böyük silahlı insidenti yaşanıb

© AFP 2024 / WAKIL KOHSARБоевики движения Талибан. Архивное фото
Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Taliban" yaraqlılarının hücumları nəticəsində 22 hərbçi ölüb

BAKI, 14 noyabr — Sputnik. Əfqanıstanda "Taliban" yaraqlılarının hücumları nəticəsində 22 hərbçi ölüb, 15 nəfər yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hücumlar dünən axşam saatlarında Qəndəhar əyalətində baş verib.

Hərbçilərlə terrorçular arasında qarşıdurma bir saat davam edib. Polisin məlumatına görə, bu, son illərin ən böyük silahlı insidenti olub. Hücum zamanı 40 terrorçu öldürülb, 35-i yaralanıb.

Xəbər lenti
0