BAKI, 14 noyabr — Sputnik. Rusiyada benzinin qiyməti 2017-ci il ərzində rekord həddə qədər bahalaşıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Aİ 92" markalı benzinin qiyməti 2,3 faiz, "Aİ 95" markalı benzinin qiyməti isə 1,7 faiz bahalaşıb.
Beləliklə, "Aİ 92"nin bir tonu 42850 rubla (1230 manat, litri 1,23 manat), "Aİ 95"nin tonu 44990 rubla (1292 manat, litri 1,30 manata) çatıb.
Qeyd olunur ki, qiymət artımına səbəb keçən həftə Moskva "Qazpromneft" zavodunda əsas qurğulardan birinin fəaliyyətini dayndırması olub. Eyni zamanda, şirkət bazarda yanacaq tədarükünü azaldıb və birjadan neft almağa başlayıb.
"Qazpromneft"dən bildirilib ki, qurğuların fəaliyyəti yaxın müddətdə bərpa olunacaq.