BAKI, 14 noyabr — Sputnik. Britaniyalı 9 uşaq anası, 44 yaşlı Heidi Hepvorz, "Facebook"da tanış olduğu 30 yaşlı afrikalı Mamadou Jallouya qoşularaq qaçıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadının həyat yoldaşı Endi Hepvorz əvvəlcə nə edəcəyini bilməsə də, sonra mətbuat vasitəsilə həyat yoldaşına müraciət edib.
"Heidi o gənc oğlan səni deyil, ingilis pasportunu sevir. O, vətəndaşlıq alan kimi səni tərk edəcək. Sən məni və uşaqlarımızı tərk etmə" — deyə Endi həyat yoldaşına səslənib.
Bununla da həyat yoldaşının geri dönməyəcəyini başa düşən Endi polisə müraciət edib. Heidi isə polisə "Artıq ərimi sevmirəm. Ona olan sevgim bitib. Həyatımın qalan hissəsini onunla yaşamaq istəmirəm. Başqasını sevirəm" — deyə ifadə verib.