BAKI, 13 noyabr — Sputnik. İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.
Zəlzələ Süleymaniyyə, Ərbil, Kərkükdə hiss olunub. Zəlzələ nəticəsində 8 nəfər ölüb, onlarla insan yaralanıb.
Zəlzələ Türkiyədə, Azərbaycanda da hiss edilib.