BAKI, 13 noyabr — Sputnik. Ötən gecə İraqda meydana gələn şiddətli zəlzələnin yeni görüntülərindən biri yayılıb. Zəlzələ anında ölkənin şimalında yayımlanan "Rudaw" telekanalının canlı yayımında ilginc anlar yaşanıb.
Proqramın aparıcısı Ərbil şəhərindən Süleymaniyə şəhərinə bağlanaraq, ölkədəki son siyasi vəziyyət barədə suallar verir. Ekspert sualları cavablandırdığı əsnada, yeraltı təkanlar başlayır. Bu ərəfədə politoloq həyəcanlanmağa başlayır və sonda studiyadan qaçmağa məcbur olur.
Sputnik Azərbaycan həmin görüntünü təqdim edir: