Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 13 noyabr — Sputnik. Ötən gecə 23:00 radələrində, Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sultan Ağaməmməd oğlu Ağaməmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Sultan Ağaməmmədov bilərəkdən müxtəlif adda bir neçə dərman qəbul edib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
İntihara cəhdin səbəbi hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.