Qurban Yetirmişli: “Maliyyə məsələsi həll olunduqda yeni xəritə hazırlanacaq”
“Respuplika üzrə seymik risk xəritəsinin hazırlanması barədə məsələ dəfələrlə qaldırılsa da indiyə qədər yoxdur”. Bunu Sputnik Azərbaycan-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
“Bu bir ilin, iki ilin işi deyil. ən azı bu işi 4-5 ilə yekunlaşdırmaq olar. Bunun üçün respublika üzrə tədqiqatlar aparılmalıdır. Bu işlərin arxasında maliyə dayanır. Maliyyə məsələsi həll olunduqda yeni xəritəni hazırlayacağıq” — deyə o bildirib.