BAKI, 13 noyabr — Sputnik. Ordudan qaçaraq düşmən ölkəyə sığınmağa çalışan əsgər vurulub. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, hadisə Şimali Koreyada hərbi hissələrdən birində yaşanıb.
Məlumata görə, 1 nəfər əsgər Cənubi Koreya sərhəddinə tərəf qaçmağa başlayıb. O, düşmən hesab edilən ölkə tərəfə keçid əsnasında uzaqdan vurularaq yaralanıb.
Məlumatı Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb. "Şimali Koreyadan olan bir nəfər əsgər yaralı halda ölkəmizə sığınıb" — bəyanatda bildirilir.
Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl də Şimali Koreyadan olan bir neçə əsgər Cənubi Koreyaya keçərək sığınacaq alıb.