BAKI, 13 noyabr — Sputnik. Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbua xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı, Azərbaycan Respublikasının vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "Ф-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.