CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda min manatlıq adam oğurluğu baş verdi

© Sputnik / Murad OrujovЧеловек с мешком на голове, фото из архива
Человек с мешком на голове, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Min manatdan ötrü girov götürdükləri adamı öldürəcəklərini bildiriblər

BAKI, 13 noyabr — Sputnik. Bakıda adam oğurluğu ilə məşğul olan qrupun üzvləri zərərsizləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxt sakini Balabəy Məmmədov noyabrın 8-də Nərimanov rayon Polis İdarəsinə müraciət edib. O, qeyd edib ki, Binəqədi rayonu ərazisində qardaşı Rüfət Kəngərlinin oğurlandığının şahidi olub. Bunu Məmmədovun tanışları Rövşən Əmirxanlı cinayət ortaqları Rasim və Orxanla birlikdə edib.

Adam oğurluğu Akademik Həsən Əliyev küçəsində baş verib. Cinayətkarlar Kəngərliyə qarşı fiziki güc tətbiq ediblər.

Sonra onlar Balabəy Məmmədovla telefon əlaqəsi yaradaraq qardaşının azadlığa buraxılması üçün min manat pul istəyiblər. Əks təqdirdə onlar Kəngərlini öldürməklə hədələyiblər.

Məmmədov bildiyi məlumatları polislə bölüşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri saxlayıblar. Saxlanılan şəxslər əvvəllər dəfələrlə məhkum edilmiş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalıdır.

Məlumata görə, cinayətkarlar Kəngərlini səhərə qədər Ramazanovun Biləcəri qəsəbəsində icarəyə götürdüyü evdə girov saxlayıblar.

Sözügedən şəxslər saxlanılarkən onlardan bir idman tapançası, bir gözyaşardıcı qaz balonu, iki bıçaq, 50 həbdən artıq psixotrop maddə və 3 qram narkotik vasitə olan heroin tapılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Xəbər lenti
0