Nicat Kazımov: “Tamaşaçıların reaksiyası əla idi”
Məşhur ingilis dramaturqu Rey Kuninin "Kişi, qadın, pəncərə, meyit" əsəri əsasında hazırlanan “Zorən şorgöz” tamaşası Akademik Milli Dram Teatrında təqdim olunub.
Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrının rejissoru Nicat Kazımov Sputnik Azərbaycan-a deyir ki, tamaşa artıq 4 ildir Akademik Milli Dram Teatrının repertuarındadır:
“Tamaşa anşlaqla keçdi. Bu tamaşa həm aktyorlar, həm də tamaşaçılar üçün 2-3 saatlıq da olsa bayram əhvali-ruhiyyəsi yarada bildi. Bu əsər demək olar ki, bütün dünya teatrlarının repertuarında var”.