CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alman jurnalist əsl xoşbəxtliyi Türkiyənin ucqar kəndində tapdı

© Photo : www.turkiyegazetesi.deAlmaniyalı jurnalist Cornelia Arbai
Almaniyalı jurnalist Cornelia Arbai - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyada jurnalist işlədiyini, xəbərlərdə çıxan və dünyada yaşanan problemləri oxumaqdan bezdiyini deyən Arbai Türkiyədə dinc və xoşbəxt həyat tapdığını söyləyib.

BAKI, 12 noyabr — Sputnik. Türkiyənin bir neçə şəhərində yaşadıqdan sonra Ədirnənin Avarız kəndinə köçən almaniyalı jurnalist Cornelia Arbai əsl xoşbəxtliyi burada tapdığını deyib. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Avarız kəndinin alman sakini kənd camaatı ilə qısa müddətdə qaynayıb-qarışdı, onlardan biri oldu. Hazırda o, bağçasında meyvə və tərəvəz əkir, arıçılıqla məşğul olaraq bal əldə edir.

Saxladığı heyvanlara da baxan Arbai ata minir, rəsm çəkir, kənd qəhvəxanasına gedərək burada həm internetə girir, həm də kənd sakinləri ilə söhbət edir.

O, kənd camaatına uzun illər Almaniyada yaşadıqdan sonra Türkiyəyə gəldiyindən, İstanbulda bir müddət işlədikdən sonra şəhər həyatından sıxılaraq fərqli yaşam axtarışında olduğundan bəhs edib.

© Photo : www.turkiyegazetesi.deAlmaniyalı jurnalist Cornelia Arbai Ədirnənin Avarız kəndində
Almaniyalı jurnalist Cornelia Arbai Ədirnənin Avarız kəndində - Sputnik Azərbaycan
Almaniyalı jurnalist Cornelia Arbai Ədirnənin Avarız kəndində

Almaniyada jurnalist işlədiyini, xəbərlərdə çıxan və dünyada yaşanan problemləri oxumaqdan bezdiyini deyən Arbai Türkiyədə dinc və xoşbəxt həyat tapdığını söyləyib.

Ədirnədə evləndiyi Türk həyat yoldaşı ilə Avarız kəndinə köçdüyünü danışan Arbai kənddə çox sakit bir həyatı olduğunu vurğulayıb:" Evliyəm, burada kiçik bir bağçamız var. Bizim zənginliyimiz dinclik və sağlam həyatdır. Kəndlilərlə aramız çox yaxşıdır, onlar da bizə dəstək olurlar. Torpağı çox sevirəm, çünki hər şeyi bizə havayı verir. Mən bu kənddə yaşamağı çox sevirəm".

Türk və alman mədəniyyətləri arasında körpü olmaq istəyini dilə gətirən Arbai Türkiyədə "Xatirələr" adlı ədəbiyyat və şeir müsabiqəsi təşkil etdiyini deyib: " Bu layihə mənim üçün mədəniyyətlərarası bir körpüdür. Hər kəsin bir hekayəsi var. Bu hekayələrdən Almaniyada da bəhs etsək, irqçiliyin, mənfi stereotiplərin aradan qalxmasına kömək edərik. Xatirələrlə sevgi körpüsü yaratmaq istəyirəm".

Xəbər lenti
0