Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polisə yalan məlumat verən şəxslər saxlanıldı

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi müəyyən edilib

BAKI, 12 noyabr — Sputnik. Şəkidə dələduzluqla məşğul olan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayon sakini Məhəmməd Şirinov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib. Hadisə yerinə baxış keçirilərkən həqiqətən də Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı rəfiqəsindən şübhələndiyini bildirib. İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib. Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə əvvəlcədən qurulan plan üzrə Z. Salmanovun onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi müəyyən edilib.

Bundan başqa, istintaq zamanı məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının həmin qadın tərəfindən oğurlanması barədə Polis Şöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə araşdırma aparılır.

Xəbər lenti
0