BAKI, 12 noyabr — Sputnik. Bir qrup pranker BBC-nin efirində xəbərlər proqramı zamanı çox şit zarafat edib.
Belə ki, telekanalın siyasi müxbiri Emma Vardi Brexit-dən danışanda onun səsini qadın orqazmı səsləri batırmağa başlayıb. Müxbir sifətini bir qədər turşutsa da, sözünə davam edib. Studiyadakı aparıcılar da sakitliklərini qoruyub saxlayıblar.
Daha sonra BBC-dən bildiriblər ki, bu hadisəyə görə məsuliyyəti bir qrup pranker üzərinə götürüb. Onlar Vestminster yaxınlığından keçəndə çəkiliş qrupunu görüblər. Zarafat həvəskarları avtomobillərini jurnalistlərin yaxınlığında saxlayaraq məlum səslər yazılmış audioyazını işə salıblar.