Beş nazirlik ləğv olunacaq

© Sputnik / Aleksandr ImedashviliGürcüstan hökuməti
Gürcüstan hökuməti - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat naziri daxili işlər naziri təyin olunacaq

BAKI, 12 noyabr — Sputnik. Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Sputnik Gürcüstan-ın məlumatına görə, İmedi kanalı 18 nazirlikdən 5-inin ləğv olunacağını, beləliklə, cəmi 13 nazirliyin qalacağını xəbər verib.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.

Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.

Maliyyə naziri vəzifəsinə "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti
0