BAKI, 12 noyabr — Sputnik. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.
Agentliyin məlumatına görə, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduği təcili yardım maşını məruz qalıb.