CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişin təyyarəsi cəmi bir nəfərlə uçdu

© Photo : IndependentKaron Qriv "Jet2" aviaşirkətinə aid təyyarənin salonunda
Karon Qriv Jet2 aviaşirkətinə aid təyyarənin salonunda - Sputnik Azərbaycan
Abunə olmaq
189 yerlik təyyarə 1 sərnişin üçün uçdu

BAKI, 11 noyabr — Sputnik. Şotlandiyadan Yunanıstanın Krit adasına yollanan Karon Qriv uçuş qapısına çatdıqdan sonra 189 nəfərlik təyyarədə yeganə sərnişin olduğunu öyrənib. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, "Jet2" aviaşirkətinə əsasən turist mövsümünün sonunda bilet alanların sayı həmişə azalır.

© Photo : IndependentKaron Qriv "Jet2" aviaşirkətinə aid təyyarənin salonunda
Karon Qriv Jet2 aviaşirkətinə aid təyyarənin salonunda  - Sputnik Azərbaycan
Karon Qriv "Jet2" aviaşirkətinə aid təyyarənin salonunda

Xanım Qrivin tək uçacağı daha iki sərnişinin gəlmədiyindən sonra təsdiqlənib. Uçuş heyətinin diqqəti biletə 46 funt ödəmiş (103 AZN) sərnişində olub və hamı ona adı ilə müraciət edib: "Biz təyyarəyə qalxmaqdan öncə artıq yaxın dost idik. Kapitan əla idi. İkinci pilot uçuşa hazırlıq edərkən, o, gəlib yanımda əyləşdi və biz uçuşla bağlı söhbət etdik" — deyə K.Griv bildirib.

Karon Qriv Kritdə qalacağı bir ay ərzində kriminal roman yazmaq fikrindədir.

Xəbər lenti
0