Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Siyəzəndə vətəndaşlara 7 min manat ziyan vurmuş şəxs ələ keçib

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib

BAKI, 11 noyabr — Sputnik. Noyabrın 11-də Siyəzən RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tululub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov Rayon Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabrın 10-dan noyabrın 10-dək  daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbağ, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon, və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat maddi ziyan vurub.  

Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf edib, törətdiyi əməldən peşman olduğunu bildirib. 

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakı olub-olmaması araşdırılır.    

Xəbər lenti
0