Qulu Məhərrəmli: “Təhlükəli manevrlərlə insanların rahatlığını pozmaq olmaz”
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan millət vəkili Hurşit Yıldırım gecə saatlarında şəhərdəki boşluqdan istifadə edərək, ralli yarışları keçirən və əsasən imkanlı təbəqədən olan avtoxuliqanların mülkiyyətinə əl qoyulmasını təklif edib.
Media eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, Türkiyədə parlamentə göndərilən bu təklifi yüksək qiymətləndirir: “Düşünürəm ki, bu cür sərt yanaşma, avtoxuliqanlığın qarşısını ala bilər. Əgər Milli Məclisdə bu istiqamətdə qərar qəbul olunsa, bu, ən ağıllı qərar olacaq”.