BAKI, 11 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "mülayim İslama dönürük" deyən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanı tənqid edib. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
"Bir ara Qərbdə belə ifadə ortaya atılmışdı — "Mülayim İslam". Maraqlıdır ki, nə oldusa bu ifadə yenidən gündəmə gəldi. Əvvəl də söyləmişdim, indi də təkrar edirəm. İslamın mülayimsizi, mülayimlisi yoxdur. Bizim dinimiz müqəddəs kitabımız Quranda ifadə olunan dindir. Mülayim İslam ifadəsi Qərbdə ortaya atıldı. Bu ifadə İslamı parçalamaq üçündür. Uymayın onlara" — Ərdoğan deyib.