Hidrogenlə çalışan qatarlar da olacaq

© AFP 2024 / ERIC PIERMONTFransada müasir qatar, arxiv şəkli
Fransada müasir qatar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Belə qatarlar 2021-ci ilin dekabrından fəaliyyətə başlayacaq

BAKI, 11 noyabr — Sputnik. 2021-ci ildə Şimali Almaniyada dünyanın ilk hidrogen qatarları istifadəyə veriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Alstom" fransız şirkəti artıq Almaniyanın Aşağı Saksoniya şəhərindəki LNVG dəmir yolu şirkəti üçün 14 qatarın hidrogen yanacaq tədarükü ilə bağlı müqavilə imzalandığını bildirib.

Qatarlar 2021-ci ilin dekabrından Cuxhaven, Bremerhaven, Bremerfurd və Buxtenudə arasında marşrutlarda işə başlayacaq. Qatarlar 1000 km-ə qədər məsafə qət edə biləcək və saatda maksimum 140 kilometr sürətlə inkişaf edəcək.

Məlum olduğu kimi, hidrogenli mühərriklər yalnız su buxarını yayırlar. Buna görə də, hidrogen qatarları ən təmiz nəqliyyat növlərindən biri hesab olunur. Qatarlar dizelli nəqliyyat vasitələrini elektriksiz xətlərdə əvəz edəcək.

Aşağı Saksoniya şimal küləyi təsərrüfatlarından elektrik enerjisindən istifadə etməklə hidrogen istehsalı planlaşdırılır.

Xatırladaq ki, əvvəllər "Hyundai" şirkətinin hidrogen elektrik stansiyası ilə yeni krossover təqdim etdiyi deyliridi.

Xəbər lenti
0