BAKI, 11 noyabr — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot dərəcəsini qaldıracağını gözləyirəm.
Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, bunu San-Fransisko FED-in rəhbəri Con Uilyams söyləyib.
Con Uilyams 2018-ci ildə də daha 3 dəfə faiz artımını gözlədiyini qeyd edib.
San-Fransisko FED-in rəhbəri ABŞ-da faizin 2.5 faiz ətrafında normal bir səviyyəyə qayıdacağını bildirib.