BAKI, 11 noyabr — Sputnik. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Eyni zamanda yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.