BAKI, 11 noyabr — Sputnik. Bakı şəhərinin Nəsimi rayonundakı yaşayış evlərinin birində yanğın başlayıb.
Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.