Eks-prezidenti işə götürmədilər

© REUTERS / Kevin LamarqueПрезидент США Барак Обама, фото из архива
Президент США Барак Обама, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ məhkəmələrində münsiflər həyətinə vətəndaşlar içərisindən də seçilmək mümkündür

BAKI, 10 noyabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Barak Obama Çikaqo şəhər məhkəməsinə münsif olmaq üçün müraciət edib. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, onun müraciəti qəbul olunmayıb.

Müraciətinin qəbul olunmamasına baxmayaraq, Obamanın əhvalı pozulmayıb. Keçmiş dövlət başçısını məhkəmə koridorunda görən vətəndaşlar xoş həyacan yaşayıblar. Onlar Obamaya yaxınlaşaraq imza alıblar.

Qeyd edək ki, ABŞ məhkəmələrində münsiflər həyətinə vətəndaşlar içərisindən də seçilmək mümkündür. Bunun üçün ilk növbədə məhkəməyə müraciət eləmək lazımdır. Barak Obamanın müraciətinin qəbul edilməməsinə səbəb, onun əvvəl münsif olduğu dövrlərdə məhkəmədəki proseslərə gəlməməsi olub.

Xəbər lenti
0