BAKI, 10 noyabr — Sputnik. Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib.
Belə ki, bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.