BAKI, 10 noyabr — Sputnik. Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayevin CBC TV-yə ("Caspian Broadcasting Company") rəhbər vəzifəyə gətirilmə cəhdi olub. "Ölkə.az"ın əldə etdiyi məlumata görə, hələlik Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib.
Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adı çəkilə telekanala gətirilməsində israrlıdır. "Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir" – deyə məlumatda qeyd olunur.
Məsələ ilə bağlı ölkə.az Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxlayıb. Ağayev bu barədə danışmaq istəmədiyini bildirib.