Azər Allahverənov: “Milli maraqları əsas tutaraq dəyişikliklərlə bağlı Milli Məclisə müraciət edilir”
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazənin (müddətin uzadılması) və iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb. Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər edilib.
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, zaman-zaman müraciət edən miqrantlar bəzi mənfi hallardan, vaxt itkisindən, məsrəfdən söz açıblar:
“Bəzi hallarda qurumlar əcnəbiləri ləngidir, hətta müəyyən olunmuş məbləğdən bir qədər artıq vəsait istəyirdilər. Yəni, miqrantlar müəyyən inzibati çətinliklərlə üzləşirdilər və onlar zaman-zaman bununla bağlı narazılıqlarını bildirirdilər. Miqrasiya qanunvericiliyi daim təkmilləşir. Bu dəyişikliklər əcnəbilərin bilavasitə maraqlarına cavab verir”.