BAKI, 10 noyabr — Sputnik. Əfsanəvi boksçu Mayk Tayson problemlə üzləşib. Belə ki, Çiliyə getmək istəyən Tayson sərhəddən geri dönməyə məcbur olub.
Sputnik Azərbaycan Abcnews-a istinadən xəbər verir ki, buna boksçunun xarici vətəndaşlarla bağlı qanunu pozması səbəb olub. Çili qanunlarına əsasən ölkəsində narkotik vasitə ilə bağlı cinayətdə əli olan şəxslər sərhəddən buraxılmaya bilər.
Qeyd edək ki, boksçu 2007-ci ildə narkotik vasitədən istifadə və saxlanılma ittihamı ilə tutulub və ona 3 il şərti həbs cəzası verilib.