BAKI, 10 noyabr — Sputnik. Səudiyyə Ərəbistanından sonra Küveyt də Livandakı vətəndaşlarına "ölkəni tərk edin" çağırışı edib.
Sputnik Azərbaycan "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Livandakı mövcud siyasi atmosferə getdikcə daha çox gərginləşir və cəmiyyətə mənfi təsir göstərir. Bu səbəblə, vətəndaşlarımızın təhlükəsizliyini düşünərək, onlardan bu ölkəni tərk etməsini xahiş edirik" — nazirlikdən bildirilib.
Qeyd edək ki, iki gün əvvəl Səudiyyə Ərəbistanı da Livandakı vətəndaşlarına oxşar çağırış etmişdi.