Ərdoğandan Atatürk açıqlaması

© REUTERS / Huseyin AldemirRəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il
Rəcəb Tayyib Ərdoğan və Berat Albayrak. İstanbul, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Adı Qazi Mustafa Kamal Atatürkdürsə, bunu bizim belə deməyimiz niyə qəribə səslənsin ki?"

BAKI, 10 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Atatürkü anma mərasimində Atatürklə bağlı əvvəlki fikirlərinə aydınlıq gətirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə çıxış edən Ərdoğan, məqsədinin CHP kimi bir partiyanın Atatürkü millətdən almasına icazə verilməməsi olduğunu bildirib: "Biz Atatürkə Atatürk dedik deyə, bəzi insanlar müxtəlif ssenarilər yazır. Adı Qazi Mustafa Kamal Atatürkdürsə, bunu bizim belə deməyimiz niyə qəribə səslənsin ki?"

Daha sonra prezident qeyd edib ki, artıq Türkiyənin qarşısında yeni üfüqlər açılıb: "Qarşımızda yenə bir imtahan var. Bu da 2019-cu il seçkilərini də qəzasız–bəlasız keçirməkdir. Bu gün hələ də özünü Atatürkün davamçısı hesab edən CHP-nin Atatürklə əlaqəsi əvvəldən zəifləməyə başlayıb və 10 noyabr 1938-ci ildə tamamilə kəsilib".

Ərdoğan qeyd edib ki, Türkiyədə əvvəldən Atatürk və atatürkçülük münaqişələri yaşanır. "Ancaq təəssüf olsun ki, CHP Atatürkün adını elə istismar edib ki, millətin ürəyindəki Atatürklə, atatürkçülük arasında böyük bir fərq yaranıb. Millətimizin Qazi Mustafa Kamal Atatürkə hörməti və sevgisi tükənməzdir. Bəs nə üçün belə bir münaqişə var? Çünki üsyançıların, ölkənin tarixinə, millətin dəyərlərinə düşmənlik edənlər atatürkçülük örtüyünə bürünüb" — deyə Türkiyə prezidenti bildirib.

Xəbər lenti
0