BAKI, 10 noyabr — Sputnik. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, sabiq nazir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sputnik Azərbaycan-a faktı təsdiqləyib.
O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı yenidən ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.