Mübariz Əhmədoğlu: “Putin ABŞ-Rusiya münasibətlərində gərginliyi idarə edir”
Bu gün Vyetnamın Dananq şəhərində ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, son yayılan məlumatlar görüşün baş tutmasını şübhə altına salır:
“Görüş baş tutsa da, müzakirələr normal keçməyəcək. ABŞ və Rusiya indiki şəraitdə hər hansı məsələni razılaşdırmağa, əməkdaşlıq etməyə hazır deyillər. Tramp hakimiyyətə gələndə Putin inanırdı ki, ABŞ-la münasibətlər normallaşacaq”.