CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

5-ci mərtəbədən yıxılan uşaq öldü

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çox ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb

BAKI, 10 noyabr — Sputnik. Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı eyvandan düşüb.

Uşaq xəstəxanaya aparılıb. 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, Yejov German Andreyeviç 1 yaş 9 aylıq olub. Çox ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, son iki gün ərzində valideyn məsuliyyətsliziyindən baş vermiş ikinci hadisədir.

Belə bir neçə gün öncə Bakının Nəsimi rayonunda 1 yaş 8 aylıq Həmidli Aydan Elvin qızı stuldan yıxılaraq xəsarət alıb. Körpə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Xəbər lenti
0