CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Korrupsiya ittihamı ilə saxlanılanların sayı 200-ü keçdi

CC0 / jodylehigh / LockЗамок на тюремной двери, фото из архива
Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərində şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb

BAKI, 9 noyabr — Sputnik. Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl Mujib bildirib.  

Onun sözlərinə görə, saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.

Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

Xəbər lenti
0