Jurnalistlərin "mərdiməzarlığı" keçmiş prezidenti özündən çıxartdı

© Photo : Haber365Beşiktaş futbol klubun keçmiş prezidenti Serdar Bilgili
Beşiktaş futbol klubun keçmiş prezidenti Serdar Bilgili - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistlərlə üz-üzə gələn cütlük panikaya düşüb

BAKI, 9 noyabr — Sputnik. "Beşiktaş" futbol klubun keçmiş prezidenti Serdar Bilgili İstanbuldakı restoranların birində sevgilisi ilə tutulub. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Bilgilinin yanındakı Özləm adlı qadın 13 ildir Avropada yaşayır və Türkiyəyə gəlmir. Həmin qadın hazırda sürgündə olan məşhur siyasətçi, "Genç Partiya"nın sədri Cem Uzanın qardaşı Hakan Uzanın boşadığı Özləm Uzandır.

Cütlük İstanbulun Arnavutköy səmtində yerləşən "Balıqçı" restoranında şam yeməyi yedikdən sonra avtomobilə minmək üçün çölə çıxıb. Jurnalistlərlə üz-üzə gələn Bilgili-Özləm cütlüyü panikaya düşüb. "Beşiktaş"ın keçmiş rəhbəri, jurnalistlərdən onları çəkməməyi xahiş edib. Lakin onun bu istəyinə məhəl qoymayan operatorlar çəkilişə davam ediblər. Onların bu davranışına bərk qəzəblənən Sərdar Bilgili jurnalistlərə söyüş söyüb.

S.Bilgilinin avtomobilinə tərəf irəliləyən Özləm Uzan isə səmtini dəyişərək taksiyə minib və ərazidən uzaqlaşıb.

Xəbər lenti
0