BAKI, 9 noyabr — Sputnik. Azərbaycan 5 nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.
“Report”un məlumatına görə, bunlar 1982-ci il təvəllüdlü Emil Hacıyev, 1974-cü il təvəllüdlü Zaur Giviaşvili, 1975-ci il təvəllüdlü Hüseyn Xamoyev, 1971-ci il təvəllüdlü Giorgi Bulatsaşvili və 1973-cü il təvəllüdlü Ramaz Leşkaşelidir.
Gürcüstan vətəndaşları olan şəxslərin hamısı oğurluqda ittiham olunurlar.