BAKI, 9 noyabr — Sputnik. Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat alıb. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya — Serbiya oyununun baş hakimi olacaq.
Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 10-da keçiriləcək.