Rəşad Həsənov: “ASK nöqsanların aradan qaldırılmasına müsbət təsir göstərəcək”
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd dövlət müəssisələri arasında koordinasiyanın təmin edilməsi, effektivliyin artırılmasıdır:
“Fərmanın müsbət tərəfi odur ki, bugün Beynəlxalq Bankın maliyyələşdirdiyi və “Aqrarkredit” QSC-yə təhvil verilən müəssisələrin bu qurumdan kənar idarə etməsi təmin edilmiş olur. Düçünürəm ki, Azərbaycan Sənaye Korporasiyası bu prosesə yenilik və şəffaflıq gətirəcək”.